BAKI, AzerVoice
Almaniya ABŞ-dan daha çox F-35 qırıcısı almağı planlaşdırır.
AzerVoice xəbər verir ki, bu barədə “Politico” xəbər saytı məlumat yayıb.
Berlin F-35 donanmasının sayını 35-dən 50-yə çatdırmağı planlaşdırır. Bunun bir hissəsi kimi Almaniya ABŞ-ın “Lockheed Martin” şirkətindən daha 15 ədəd F-35 qırıcısı almağı planlaşdırır.
Almaniyanın yeni F-35 sifarişi NATO-nun bu yaxınlarda silah və qoşun səviyyələri üçün yeni hədəflər barədə razılığa gəlməsindən və yeni rəqəmlərə düzəlişlərdən sonra gəlməsi diqqət çəkib.
Alman hökuməti ordunun 100 milyard avro dəyərində yeni modernləşdirmə proqramı çərçivəsində ABŞ-dan 35 ədəd F-35 qırıcı təyyarəsi sifariş edib.
Lockheed Martin-dən alınacaq yeni F-35 döyüş təyyarələrinin 1980-ci ildən Almaniya Hərbi Hava Qüvvələrində istifadə edilən və ABŞ-ın nüvə bombası daşıya bilən yeganə alman təyyarəsi olan Tornado döyüş təyyarələrini əvəz etməsi planlaşdırılır.
Qeyd edək ki, Almaniya və Fransa arasında Yeni Nəsil Hava Döyüş Təyyarə Sistemi (FCAS) tərəfdaşlığı ilə bağlı mübahisə böyüdükcə, Avropa mediası bu həftə Fransanın layihənin işinin 80 faiz hissəsini almaq istədiyini bildirib.