Əsas səhifə » Livanın cənubunda Hizbullah komandanı öldürülüb

Livanın cənubunda Hizbullah komandanı öldürülüb

BAKI, AzerVoice

İsrail ordusu Livanın cənubuna hava zərbəsi endirib.

AzerVoice xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbənin əsas hədəfi Hizbullahın hərbi qolunda artilleriya komandanı olan Məhəmməd Cəmal Murad olub. O, Livanın cənubundakı əl-Mənsuri qəsəbəsi yaxınlığında öldürülüb.

Ordu həmçinin bildirib ki, o İsrail ərazisinə yönəlmiş çoxsaylı raket hücumlarına cavabdeh şəxs olub. Ordunun versiyasına əsasən, o, son aylarda Hizbullahın sahil sektorunda artilleriya potensialını bərpa etməyə cəhd göstərib. İsrail ordusu onun fəaliyyətini “İsrail Dövləti üçün təhdid” və İsraillə Livan arasında mövcud atəşkəs razılaşmalarının “kobud şəkildə pozulması” kimi qiymətləndirib.

Qeyd edək ki, İsrail ordusu cümə axşamı Livanın digər bölgəsinə də zərbə endirdiyini açıqlamışdı. Həmin əməliyyatın məqsədi Hizbullahın hərbi qərargahlarından birinin məhv edilməsi olub. İsrail tərəfinin iddiasına görə, bu qərargahın mövcudluğu atəşkəs rejiminin pozulması sayılır.

Digər Kateqoriyalar

2025 © Azervoice