9
BAKI, AzerVoice
Berlin-Brandenburq beynəlxalq hava limanının ərazisində ot örtüyü yanıb.
AzerVoice alman KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində uçuş-enmə zolaqlarından biri müvəqqəti olaraq bağlanıb.
Hava limanı nümayəndəsinin sözlərinə görə, kifayət qədər böyük bir çəmən sahəsi yanıb. Yanğınsöndürənlər hava limanı əməkdaşları ilə birlikdə yanğını söndürə biliblər.
Uçuş-enmə zolağı təxminən bir saat ərzində bağlı qalıb. Yanğının səbəbi hələ ki, məlum deyil. Hadisə uçuş cədvəlinə təsir etməyib.