BAKI, AzerVoice
ABŞ prezidenti Donald Tramp Ukraynada hərbi əməliyyatları dayandıra bilib-bilməyəcəyi barədə heçnə deyə bilməyəcəyini bildirib.
AzerVoice xəbər verir ki, bu barədə o, “Air Force One” təyyarəsində jurnalistlərin sualına cavabında deyib.
“Mən bilmirəm. Bunun baş verib-verməyəcəyini sizə deyə bilmərəm” – deyə, Tramp bildirib.
Bununla yanaşı, o, Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasının onun üçün prioritet məsələ olduğunu vurğulayıb.