Əsas səhifə » Almaniyada naməlum şəxs qatarın sərnişinlərinə baltayla hücum edib

Almaniyada naməlum şəxs qatarın sərnişinlərinə baltayla hücum edib

BAKI, AzerVoice

Almaniyanın Bavariya vilayətində naməlum şaxs "ICE" sürətli qatarında sərnişinlərə baltayla hücum edib.

AzerVoice xəbər verir ki, bu barədə "Focus Online" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb. Hadisəni törədən şəxs saxlanılıb.

Hadisə Ştraubinq ilə Plattlinq şəhərləri arasındakı dəmiryolu hissəsində baş verib. Qatar Ştraşkirkhen kəndində təxirəsalınmaz şəkildə saxlanılıb. Digər təfərrüatlar hələlik açıqlanmayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice