BAKI,
AzerVoice
Çin Tayvanın BMT-yə üzvlüyünə qarşı çıxıb.
AzerVoice xəbər verir ki, Çin Xarici
İşlər Nazirliyinin sözçüsü Mao Ning Tayvanın Birləşmiş Millətlər
Təşkilatına və digər beynəlxalq qurumlara üzv olmaq hüququnun
olmadığını bildirib.
Onun sözlərinə görə, Tayvan “Çinin ayrılmaz hissəsi”dir və
beynəlxalq təşkilatlara üzvlük üçün “heç bir əsas və hüquqa malik
deyil”.
“Global Times”ın məlumatına əsasən, Mao Ning keçirdiyi mətbuat konfransında Tayvanın müstəqil təmsilçiliyinə qarşı çıxdıqlarını bir daha vurğulayıb. O bildirib ki, Pekin administrasiyası “vahid Çin” prinsipini əsas tutaraq Tayvanın beynəlxalq arenada ayrı təmsilçiliyinə yol verilməsini qəbul etmir.
Qeyd edək ki, 1949-cu ildə Çin və Tayvan arasında baş vermiş vətəndaş müharibəsindən sonra Tayvan de-fakto müstəqil olsa da, rəsmi Pekin adanı öz ərazisi hesab edir. Çin Tayvanla diplomatik əlaqə quran dövlətlərə qarşı siyasi təzyiqlər göstərərək bu münasibətləri kəsməyə çağırır.
Hazırda Tayvanı yalnız 11 BMT üzvü ölkə və Vatikan rəsmi olaraq tanıyır.