Əsas səhifə » İran prezidenti Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığın dayandırılmasını təsdiqlədi

İran prezidenti Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığın dayandırılmasını təsdiqlədi

BAKI, AzerVoice

İran prezidenti Məsud Pezeşkian, İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra parlament tərəfindən qəbul edilən və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanunu rəsmən təsdiqləyib.

AzerVoice xəbər verir ki, bu barədə bu gün – çərşənbə günü – İranın dövlət televiziyası məlumat yayıb.

Televiziya bildirib ki, Pezeşkian “BMT-yə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığın dayandırılmasına dair qanunu təsdiqləyib” və bu qərarla qanun qüvvəyə minib.

Digər Kateqoriyalar

2025 © Azervoice