Əsas səhifə » Uran zənginləşdirilməsi heç vaxt dayandırılmayacaq - İranın BMT-dəki nümayəndəsi

Uran zənginləşdirilməsi heç vaxt dayandırılmayacaq - İranın BMT-dəki nümayəndəsi

BAKI, AzerVoice

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Tehran administrasiyası tərəfindən həyata keçirilən uranın zənginləşdirilməsi prosesinin “heç vaxt dayanmayacağını” bildirib.

AzerVoice xəbər verir ki, “The Hill” qəzetinin yazdığına görə, İrəvani CBS telekanalının “Face the Nation” proqramında qonaq olarkən İranın uranın zənginləşdirilməsi proqramını dəyərləndirib.

Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) işarə edən İrəvani vurğulayıb ki, nüvə silahı olmayan ölkələrin müəyyən qaydalara riayət etmək şərti ilə dinc nüvə texnologiyalarından, o cümlədən uranın zənginləşdirilməsindən istifadə etmək hüququ var.

İrəvani uranın zənginləşdirilməsi proqramının İranın haqqı olduğuna diqqət çəkərək, “Zənginləşdirmə bizim haqqımızdır, ayrılmaz bir haqqımızdır və biz bu haqqı həyata keçirmək istəyirik” - deyə qeyd edib.

İravani, jurnalistin İranın uranı zənginləşdirməyi planlaşdırıb-planlaşdırmadığı ilə bağlı sualına "Məncə, (uranın) zənginləşdirilməsi heç vaxt dayandırılmayacaq" cavabını verib.

Digər Kateqoriyalar

2025 © Azervoice