Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Rusiya NATO-ya təhlükə yarada biləcək qədər güclü deyil - Orbban

    25 İyun 2025 13:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Macarıstanın Baş naziri Viktor Orban, Rusiyanın NATO üçün təhlükə yaradacaq qədər güclü olmadığını bildirərək, alyansın Ukraynada 'heç bir işi olmadığını' müdafiə edib

    AzerVoice xəbər verir ki, Orban bu fikirləri Niderlandın Haaqa şəhərində keçirilən NATO Zirvəsinin son günündə, jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

    Avropa üçün ən böyük təhlükənin nə olduğu ilə bağlı sualı cavablandıran Orban deyib:

    "Avropanın ən böyük təhlükəsi rəqabət qabiliyyətini itirməsidir. Əsl təhlükə təhlükəsizliklə deyil, iqtisadiyyatla bağlıdır. Qlobal ticarətdə rəqabət gücümüzü itiririk, əsas problem budur."

    “Qlobal təhlükəsizliyin bir şəxsin eqosuna – ABŞ Prezidenti Donald Trampa – bağlı olması sizi narahat etmir?” sualına cavab olaraq isə Orban belə deyib:

    "Tramp kifayət qədər sağlam düşüncəyə sahib bir insandır. Bunu son vaxtlar İranla İsrail arasında baş verən qarşıdurmada göstərdiyi idarəetmədə açıq şəkildə gördünüz. O, məntiqli biridir. Bu da o deməkdir ki, müharibələr artıq daha qısa sürür və əvvəlki münaqişələrin yanacağı tükənir – bu, onun fəaliyyətlərinin nəticəsidir."

    Orban, NATO müttəfiqləri üçün müdafiə xərclərinin ÜDM-in 5 faizi səviyyəsinə qaldırılması ilə bağlı yeni hədəfə də münasibət bildirib və bildirib ki, bu, Avropa İttifaqının büdcə qaydalarının yenidən nəzərdən keçirilməsini tələb edir:

    "Mövcud qaydalar olduğu müddətdə, Aİ-də heç kim bu 5 faizlik tələbi yerinə yetirə bilməz – nə qədər istəsələr də. Ona görə də hər şeyi fərqli üsulla yenidən hesablamağa ehtiyac var. Belə olduğu təqdirdə, bu mümkündür."

    Sonda isə Orban sözlərini belə tamamlayıb:

    "Məncə Rusiya bizə real təhlükə yaradacaq qədər güclü deyil. Biz onlardan qat-qat güclüyük. NATO-nun Ukraynada işi yoxdur. Ukrayna NATO üzvü deyil, Rusiya da elə. Mənim vəzifəm bu vəziyyətin belə qalmasını təmin etməkdir."

    Qeyd edək ki, Zelenski bildirib ki, Rusiya prezidenti Vladimir Putin alyansı sınağa çəkmək üçün 2030-cu ildən etibarən daha geniş imkanlara sahib ola bilər.

    “Bu gün Ukrayna onu dayandırır. Onun ordusunu təkmilləşdirməyə və təlim keçməyə vaxtı yoxdur. Amma 5 ilə vəziyyət dəyişə bilər”- deyə o bildirib.

    Ukrayna lideri NATO müttəfiqlərinin 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5%-i səviyyəsinə çatdırmaq planlarını “çox ləng” adlandıraraq bildirib ki, bu cür gecikmələr Putin üçün fürsətlər yaradır.

    İsrail-İran qarşıdurması və Yaxın Şərqdə mümkün müharibənin Ukraynaya təsiri barədə suala cavab verən Zelenski, ABŞ da daxil olmaqla bəzi Qərb tərəfdaşlarının yardımında azalma ehtimalının Ukrayna üçün çətinlik yaradacağını etiraf edib.

    Zelenski həmçinin ABŞ prezidenti Donald Trampla münasibətləri barədə danışmaqdan çəkinib, lakin Trampın Putinlə münasibətlərinə toxunaraq onları "dost deyil, qısamüddətli tərəfdaşlar" adlandırıb.

    #Rusiya #Viktor Orban #Donald Tramp #Ukrayna #NATO sammiti #Ukrayna-Rusiya müharibəsi #Trampın siyasətləri #Tramp administrasiyası #Trampın fərmanları #Trampın iddiaları #Trampın Yaxın Şərq siyasəti #Rusiya-Ukrayna müharibəsinin sonu #İran-İsrail geosiyasi mübarizəsi #Trampın Avropa siyasəti #İsrailin İran strategiyası #İran İsrail münasibətləri #İran İsrail qarşıdurması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Çin raket arsenalını genişləndirir

    8 Noyabr 2025 22:40

    Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi çox yaxındadır - Tramp

    8 Noyabr 2025 12:08

    Qəzzada beynəlxalq sabitlik qüvvələri tezliklə ərazidə fəaliyyətə başlayacaq - Tramp

    7 Noyabr 2025 12:01

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    7 Noyabr 2025 04:00

    İraqlılar Rusiya ordusuna necə cəlb olunur?

    6 Noyabr 2025 20:17

    İran, Çin və Rusiya səfirləri Vyanada nüvə məsələsi üzrə üçtərəfli görüş keçirib

    6 Noyabr 2025 12:28

    Tarifələrin ləğvi bütün dünyanı böhrana sürükləyə bilər - Tramp

    6 Noyabr 2025 12:04

    Tramp deyir ki,Məmdani ağıllı olsun

    6 Noyabr 2025 08:55

    Rusiya nüvə sınaqlarına hazırlaşır

    6 Noyabr 2025 02:00

    MİT rəhbəri HƏMAS-la atəşkəs prosesini müzakirə edib

    5 Noyabr 2025 22:46

    C5+1 formatı Azərbaycanla birlikdə C6 formatına çevrilməlidir - Riçard Hoqland

    5 Noyabr 2025 20:17

    İranın BMT-dəki daimi nümayəndəsi Trampın nüvə açıqlamalarına görə xəbərdarlıq edib

    5 Noyabr 2025 12:03
    Demo
    XƏBƏR LENTİ

    Ərdoğan Bakıda sabiq Ankara polis rəisi Servet Yılmazla görüşüb

    Türkiyəyə səfər edən Qırğızıstan turistlərinin sayı 150 mini keçib (ÖZƏL)

    Azərbaycanın iki cüdoçusu finala yüksəlib - İslamiada (FOTO)

    Azərbaycan regionda sülhün memarı kimi ön plana çıxacaq - Ərdoğan

    Ermənistanla normallaşma prosesi Azərbaycanla sinxron şəkildə həyata keçirilir - Türkiyə Prezidenti

    Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı 88 milyon dolları keçib (ÖZƏL)

    “AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib

    Fatihin ən çox çəkindiyi hökmdar kim idi?

    Türkiyədən Suriyaya dəri ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı məlumatlar

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.