Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İran heç kimə hücum etməyib - Xamenei

    24 İyun 2025 11:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Heç kimə hücum etməmişik, bizə edilən hücumu da qəbul etmərik.

    AzerVoice xəbər verir ki, İranın ali dini lideri Əli Xamenei ölkəsinin heç bir tərəfə hücum etmədiyini və hər hansı xarici hücumu qəbul etməyəcəyini bəyan edib.

    O, “X” sosial platformasında fars dilində paylaşımında “Biz heç kimin təqibinə boyun əyməyəcəyik. Bu, İran millətidir!” - deyə bildirib.

    Bəyanat, İsrail və İran arasında qarşıdurmanın 12-ci gününə qədəm qoyduğu bir vaxtda səsləndirilib. Tehran ABŞ-ı nüvə obyektlərinə ediləcək mümkün hücumların “ağır nəticələri” barədə xəbərdar edib.

    Bununla yanaşı, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Qətərdə yerləşən Əl-Udeyd Hərbi Hava Bazasını “dağıdıcı və güclü” raketlərlə vurduğunu açıqlayıb. Qətər isə hücuma cavab vermək hüququnu özündə saxladığını bildirib.

    ABŞ prezidenti Donald Tramp isə sosial media platforması “Truth Social”da yayımladığı paylaşımda İranda rejim dəyişikliyinə eyham vurub. O, seçki kampaniyası şüarını “Amerikanı yenidən möhtəşəm et!” formasında təqdim edərək iranlıları “İranı yenidən möhtəşəm etməyə!” çağırıb.

    Digər tərəfdən, İranın xarici işlər naziri Abbas Arakçi İstanbulda verdiyi açıqlamada, “İrandan diplomatiyaya qayıtmasını istəməyin mənasız olduğunu” deyib. O bildirib ki, “İndi diplomatiya zamanı deyil.”

    Eyni zamanda, İsrail ordusu İranın qərbində yerləşən 6 hərbi hava bazasını bombaladığını, bu hücumlarda 16 döyüş təyyarəsi və helikopterin məhv edildiyini açıqlayıb. İsrailin müdafiə naziri Yisrael Katz isə Tehrana qarşı “görünməmiş” hücumların həyata keçirildiyini bildirib.

    #İsrail #İran #Ayətulla Seyid Əli Xamenei #SEPAH #Abbas Arakçi #İsrail-İran münaqişəsi #İran İsrail münasibətləri #İran-İsrail gərginliyi #İran və İsrail münasibətləri #İsrailin İran hücum planı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    ABŞ-la hazırda danışıqlar mümkün deyil - İran

    9 Noyabr 2025 18:24

    Türkiyədən İrana sement ixracı 6 milyon dolları keçib (ÖZƏL)

    9 Noyabr 2025 17:00

    Atəşkəsdən sonra İsraildə müharibədən sonrakı siyasi gərginlik yaşanır

    8 Noyabr 2025 18:43

    Pakistanla sərhəd ticarətinin genişlənməsi təhlükəsizliyi möhkəmləndirəcək - İran

    8 Noyabr 2025 11:55

    İran Xarici İşlər Nazirliyi İsrailin Livana qarşı hərbi təcavüzünü qınayıb

    7 Noyabr 2025 11:49

    Yağış yağmazsa, Tehranı boşaltmaq məcburiyyətində qalacağıq - Pezeşkian

    7 Noyabr 2025 09:20

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    7 Noyabr 2025 04:00

    İsrail ordusu Livanın cənubuna hava hücumu həyata keçirib

    6 Noyabr 2025 14:56

    İran, Çin və Rusiya səfirləri Vyanada nüvə məsələsi üzrə üçtərəfli görüş keçirib

    6 Noyabr 2025 12:28

    C5+1 formatı Azərbaycanla birlikdə C6 formatına çevrilməlidir - Riçard Hoqland

    5 Noyabr 2025 20:17

    İran müharibə istəmir, amma hər hansı təxribatın cavabı sərt olacaq - Pezeşkian

    4 Noyabr 2025 14:59
    Demo
    XƏBƏR LENTİ

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    ABŞ-la hazırda danışıqlar mümkün deyil - İran

    Kinemortofobiya nədir?

    Göyçayda ənənəvi "Nar Festivalı" keçirildi

    Ənənəvi evlər və fermalar Əl-Qasımda ilboyu fəaliyyət göstərən turizm mərkəzlərinə çevrilir

    Türkiyədən İrana sement ixracı 6 milyon dolları keçib (ÖZƏL)

    Ərdoğan Bakıda Ankaranın sabiq polis rəisi, Daxili İşlər Nazirliyi sabiq müşaviri Servet Yılmazla görüşüb

    Türkiyəyə səfər edən Qırğızıstan turistlərinin sayı 150 mini keçib (ÖZƏL)

    Azərbaycanın iki cüdoçusu finala yüksəlib - İslamiada (FOTO)

    Azərbaycan regionda sülhün memarı kimi ön plana çıxacaq - Ərdoğan

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.