BAKI,
AzerVoice
İranın nüvə obyektlərinə hücumdan əvvəl Tehran ABŞ prezidenti
Donald Trampı ölkə daxilində “yatmış hüceyrə” terror şəbəkələrini
aktivləşdirməklə hədələyib.
AzerVoice xəbər verir ki, xarici
məlumatına görə, iddiaya görə, bu mesaj G7 Liderlər Zirvəsi zamanı
bir vasitəçi tərəfindən Trampa çatdırılıb.
Tehran Fordo, Natanz və İsfahan nüvə obyektlərinə mümkün hücum
halında ABŞ ərazisində təhlükəli nəticələrin baş verə biləcəyi
barədə xəbərdarlıq edib.
Xəbərdə həmçinin bildirilir ki, bu təhdid Trampın iyunun 17-də Kanadada keçirilən G7 sammitini gözlənilmədən tərk etməsinin səbəblərindən biri ola bilər. Tramp öz açıqlamasında Makronun “atəşkəs üçün Vaşinqtona qayıtdı” sözlərini təkzib edərək, sammiti vaxtından əvvəl tərk etməsinin arxasında daha ciddi bir səbəbin dayandığını bildirib.
Digər tərəfdən, ABŞ və Avropa mənbələri ehtiyat edirlər ki, İran Yaxın Şərqlə yanaşı, ABŞ və Avropa vətəndaşlarını da hədəfə ala biləcək hücumlar planlaşdırır. Avropalı bir diplomat Vaşinqtonun bu riskləri ciddi şəkildə qiymətləndirdiyini bildirib.
Qeyd edək ki, ABŞ qısa müddət əvvəl İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə genişmiqyaslı hava hücumları həyata keçirib. Tramp hücumlara görə məsuliyyəti üzərinə götürərək İranın nüvə infrastrukturuna “ciddi zərbələr endirildiyini” bildirib.