Əsas səhifə » Braziliyada hava şarı yerə düşüb: Ölənlər var

Braziliyada hava şarı yerə düşüb: Ölənlər var

BAKI, AzerVoice

Braziliyanın cənubundakı Santa Katarina əyalətində yerləşən Praia Qrande bölgəsində 22 nəfərin olduğu isti hava şarı havada alovlanaraq yerə düşüb.

AzerVoice xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 8 nəfər ölüb, iki nəfər xilas edilib.

Hadisə yerinə çox sayda xilasetmə qrupu cəlb olunub. Axtarış-xilasetmə işləri davam edir

Digər Kateqoriyalar

2025 © Azervoice