6
BAKI, AzerVoice
ABŞ prezidenti Donald Trampın administrasiyası, İranın qarşıdakı 48 saat ərzində ABŞ obyektlərinə qarşı mümkün cavab zərbəsinə hazırlaşır.
AzerVoice xəbər verir ki, bu barədə NBC News telekanalı Amerika rəsmilərinə istinadla məlumat yayıb.
Hücumun hansı obyektlərə yönələcəyi hələ ki, məlum deyil.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 22 iyuna keçən gecə ölkəsinin Hərbi Hava Qüvvələrinin İran ərazisində üç nüvə obyektinə – Fordo, Natanz və İsfahana qarşı uğurlu hücum həyata keçirdiyini açıqlamışdı. O, İranı münaqişəni dayandırmağa çağırmışdı.