Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Tramp G7 sammitini vaxtından əvvəl tərk edib

    19 İyun 2025 18:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ prezidenti Donald Tramp, Kanadada keçirilən G7 (Yeddilər qrupu) sammitini vaxtından əvvəl tərk edib.

    AzerVoice xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat verib.

    Məlumata görə, Trampın qərarının əsas səbəblərindən biri Fransa prezidenti Emmanuel Makrona qarşı yaranmış narazılıq, digəri isə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşə maraq göstərməməsi olub.

    Tramp sammitin rəsmi yekununa qatılmayıb. O, əvvəlcə bunun Yaxın Şərqdəki vəziyyətə görə olduğunu bildirsə də, daha sonra bu bəyanatın Fransa prezidenti Makron tərəfindən səhv anlaşıldığını deyib və onun Vaşinqtona başqa səbəblə qayıtdığını qeyd edib.

    Nəşr yazır ki, Tramp Makronun sammitdən əvvəl Qrenlandiyaya səfər edib, orada təhlükəsizlik məsələlərini müzakirə etməsindən narazı qalıb. Makron Danimarkanın baş naziri Mette Frederiksen və Qrenlandiyanın hökumət başçısı Yens-Frederik Nilsenlə Arktikadakı təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıb. Tramp isə daha əvvəl Qrenlandiyanın ABŞ-a birləşdirilməli olduğunu bəyan etmişdi və bu məsələ tərəflər arasında uzunmüddətli mübahisə doğurmuşdu.

    Trampın sammiti yarımçıq tərk etməsinə səbəb olan digər məqam Zelenski ilə planlaşdırılan görüşə maraq göstərməməsi olub. Tramp bu görüşdən yayınaraq G7 liderlərinin İran-İsrail münaqişəsinə dair birgə bəyanatını da imzalamayıb.

    Ağ Ev isə Trampın Vaşinqtona qayıtmasının səbəbi kimi “bir sıra mühüm məsələlərin həllini” göstərib. Tramp isə Makronun onun atdığı addımları daim yanlış anladığını vurğulayıb.

    #ABŞ #Kanada #Fransa #Donald Tramp #Ukrayna #Emmanuel Makron #Volodimir Zelenski #G7 sammiti #G7
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nyu Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb (FOTO)

    9 Noyabr 2025 20:15

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    ABŞ-la hazırda danışıqlar mümkün deyil - İran

    9 Noyabr 2025 18:24

    Türkiyədən Fransaya xalça ixracı 21 milyon dolları keçib (ÖZƏL)

    9 Noyabr 2025 11:00

    Çin raket arsenalını genişləndirir

    8 Noyabr 2025 22:40

    Bayden İsrailin hüquq pozuntuları ilə bağlı məlumatları görməzlikdən gəlib

    8 Noyabr 2025 21:00

    Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi çox yaxındadır - Tramp

    8 Noyabr 2025 12:08

    Makron Suriyanı İŞİD- ə Qarşı Beynəlxalq Koalisiyaya Qoşulmağa Çağırdı

    7 Noyabr 2025 14:31

    Qəzzada beynəlxalq sabitlik qüvvələri tezliklə ərazidə fəaliyyətə başlayacaq - Tramp

    7 Noyabr 2025 12:01

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    7 Noyabr 2025 04:00

    Sudanda atəşkəs elan edildi

    7 Noyabr 2025 02:00

    İraqlılar Rusiya ordusuna necə cəlb olunur?

    6 Noyabr 2025 20:17
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 10 noyabr

    Ermənistanın kapitulyasiya aktına imza atmasından beş il ötür

    Gəncə Avropa çempionatına ev sahibliyi edir (FOTO)

    Dünyanın İlk Universitetinin Qurucusu Müsəlman Qadın: Fatimə əl-Fihri kim idi?

    İslamda bədənə qulluq olarmı?

    “Qarabağ” Azərbaycan derbisində “Neftçi”yə qalib gəlib

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib (VİDEO)

    Nyu Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb (FOTO)

    Gədəbəydə yaşayış binasında yanğın olub

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.