Əsas səhifə » Danışıqlar aparılmayacaq, hücumlar davam edəcək - İsrail XİN

Danışıqlar aparılmayacaq, hücumlar davam edəcək - İsrail XİN

BAKI, AzerVoice

Danışıqlar aparılmayacaq, hücumlar davam edəcək.

AzerVoice xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar ölkəsinin İranla münaqişənin sona çatması ilə bağlı heç bir danışıqlar aparmadığını, əksinə, hücumların davam edəcəyini bəyan edib.

Saar bildirib ki, İsrail ictimaiyyətinin böyük bir hissəsi İrana qarşı aparılan hərbi əməliyyatları dəstəkləyir.

“Heç bir danışıqlar aparılmır. Əməliyyatlar məqsədlərimizə çatana qədər davam edəcək,” – deyə o vurğulayıb.

Qeyd edək ki, İsrail iyunun 13-də İranın müxtəlif şəhərlərində yerləşən nüvə obyektlərinə və hərbi rəhbərlik mərkəzlərinə hava zərbələri endirib. Hücumlar nəticəsində İran Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun baş komandanı, yüksək rütbəli komandirlər və doqquz nüvə alimi həyatını itirib. Ümumilikdə 224 mülki şəxsin öldüyü açıqlanıb.

İran isə cavab olaraq İsrailə ballistik raketlərlə hücum edib. Nəticədə 24 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Hadisələrə reaksiya verən Türkiyə də daxil olmaqla bir sıra ölkələr İsrailin hərbi əməliyyatlarını qınayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice