Əsas səhifə » İsrail həqiqətin ən böyük düşmənidir - İsmayıl Bəqai

İsrail həqiqətin ən böyük düşmənidir - İsmayıl Bəqai

BAKI, AzerVoice

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai, İsrail rejimini "həqiqətin ən böyük düşməni" adlandıraraq, jurnalist və media nümayəndələrinə qarşı törədilən cinayətlərə görə bu rejimi sərt şəkildə tənqid edib.

AzerVoice xəbər verir ki, İsmayıl Bəqai, İsrail ordusunun Tehrandakı İran Dövlət Teleradio Şirkətinin (IRIB) binasına hücumuna münasibət bildirərək, bu hücumu “müharibə cinayəti” kimi dəyərləndirib.

“Canlı yayım zamanı IRIB-in binasının hədəfə alınması alçaq bir müharibə cinayətidir. İsrail rejimi həqiqətin ən böyük düşməni və jurnalistlərin, media nümayəndələrinin qatilidir. Bunu dünya izləyir”- deyə o bildirib.

Bəqai həmçinin BMT Təhlükəsizlik Şurasına çağırış edərək, İsrailin İrana qarşı aqressiyasının dərhal dayandırılması üçün ciddi tədbirlər görməyə çağırıb.

“Təhlükəsizlik Şurası dərhal hərəkətə keçməli və soyqırım siyasəti yürüdən təcavüzkarı dayandırmalıdır” - deyə o vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice