Əsas səhifə » Tramp G7 sammitində dünya liderləri ilə görüşəcək

Tramp G7 sammitində dünya liderləri ilə görüşəcək

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Tramp G7 (Yeddilər Qrupu) sammiti çərçivəsində dünya liderləri ilə çoxsaylı şəxsi görüşlər keçirəcək, görüşlərin qrafiki hazırda dəqiqləşdirilir.

AzerVoice xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

“Prezidentin (Donald Trampın) digər xarici liderlərlə ikitərəfli görüşləri olacaq” — deyə, mətbuat katibi vurğulayıb.

Jurnalistlər Livittdən Ukrayna prezidenti Volodimir Zelenski, həmçinin Braziliya və Meksika liderləri Luis İnasiu Lula da Silva və Klaudia Şeinbaum ilə görüşlərin olub-olmayacağını dəqiqləşdirməyi xahiş ediblər. Livitt bildirib ki, bütün görüşlərin qrafiki hazırda müəyyənləşdirilir və jurnalistlərə daha sonra məlumat veriləcək.

Qeyd edək ki, G7 sammiti 15-17 iyun tarixləri arasında Kanadanın Alberta əyalətində keçiriləcək.

Digər Kateqoriyalar

2025 © Azervoice