Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Los-Ancelesdə komendant saatı elan edilib

    11 İyun 2025 09:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Los-Ancelesdə qeyri-qanuni miqrantlara dəstək aksiyaları zamanı baş verən hadisələrlə əlaqədar komendant saatı elan olunub.

    AzerVoice xəbər verir ki, Los-Ancelesin meri Karen Bass şəhər mərkəzində artan gərginlik fonunda yerli vaxtla saat 20:00-dan səhər saat 06:00-a qədər komendant saatı tətbiq edildiyini açıqlayıb.

    Qadağa şəhərin mərkəzində təxminən 2 kilometrlik ərazini əhatə edir.

    Mer Karen Bass sosial şəbəkədə yaydığı bəyanatında, “Los-Ancelesin mərkəzində yaşamır və ya işləmirsinizsə, bu ərazidən uzaq durun. Komendant saatını pozanlar saxlanılacaq və hüquqi məsuliyyətə cəlb olunacaqlar,” – deyə bildirib.

    Qeyd edək ki, şəhərdə İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən saxlanılan qeyri-qanuni miqrantlara dəstək məqsədilə keçirilən nümayişlər zamanı bir sıra qarşıdurmalar qeydə alınıb, bəzi nəqliyyat vasitələri yandırılıb və bir neçə etirazçı saxlanılıb.

    ABŞ prezidenti Donald Tramp isə məsələ ilə bağlı sərt mövqe sərgiləyərək, “Los-Ancelesi azad edəcəyik” deyə bildirib. O, etirazçılara qarşı Milli Qvardiyanın göndərildiyini və təhlükəsizliyin təmin olunacağını vurğulayıb. Tramp, həmçinin, Amerika bayrağını yandıran şəxslərə qarşı 1 il həbs cəzası təklif edib.

    Trampın açıqlamalarına reaksiya verən Kaliforniya qubernatoru Gavin Newsom isə federal müdaxilənin ştat səlahiyyətlərini pozduğunu bildirib və məsələ ilə bağlı məhkəməyə müraciət etdiklərini açıqlayıb.

    Qeyd edək ki, iyunun 14-də Vaşinqtonda ABŞ ordusunun yaranmasının 250 illiyi böyük paradla qeyd ediləcək. Tramp bu tədbiri milli birliyin gücləndirilməsi baxımından önəmli hesab edir.

    #ABŞ #miqrant #Los-Anceles #ABŞ-da immiqrasiya siyasəti #Qeyri-qanuni miqrantlar #Los-Anceles Baş Konsulluğu #miqrant əməliyyatı və miqrant qaçaqçılığı #Tramp immiqrasiya planı #miqrantlara dəstək aksiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nyu Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb (FOTO)

    9 Noyabr 2025 20:15

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    ABŞ-la hazırda danışıqlar mümkün deyil - İran

    9 Noyabr 2025 18:24

    Bayden İsrailin hüquq pozuntuları ilə bağlı məlumatları görməzlikdən gəlib

    8 Noyabr 2025 21:00

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    7 Noyabr 2025 04:00

    Sudanda atəşkəs elan edildi

    7 Noyabr 2025 02:00

    Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

    6 Noyabr 2025 18:34

    ABŞ-ın Qəzza ilə bağlı BMT qətnamə layihəsinə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ dəstək verib

    6 Noyabr 2025 09:38

    C5+1 formatı Azərbaycanla birlikdə C6 formatına çevrilməlidir - Riçard Hoqland

    5 Noyabr 2025 20:17

    ABŞ-dan İraq-Türkiyə su əməkdaşlığına dəstək

    4 Noyabr 2025 11:46

    Qəzza atəşkəsinin monitorinqi çətindir - ABŞ Milli Kəşfiyyat Direktoru

    4 Noyabr 2025 09:39

    ABŞ-də hökümət üzvləri təhlükəsizlik səbəbilə hərbi bazalara köçürülüb

    3 Noyabr 2025 19:23
    Demo
    XƏBƏR LENTİ

    Züha surəsi nədən bəhs edir?

    Tarixdə bu gün - 10 noyabr

    Ermənistanın kapitulyasiya aktına imza atmasından beş il ötür

    Gəncə Avropa çempionatına ev sahibliyi edir (FOTO)

    Dünyanın İlk Universitetinin Qurucusu Müsəlman Qadın: Fatimə əl-Fihri kim idi?

    İslamda bədənə qulluq olarmı?

    “Qarabağ” Azərbaycan derbisində “Neftçi”yə qalib gəlib

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib (VİDEO)

    Nyu Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb (FOTO)

    Gədəbəydə yaşayış binasında yanğın olub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.