16
BAKI, AzerVoice
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə atəşkəs mövzusunda şübhə ilə yanaşdığını bildirib.
AzerVoice xəbər verir ki, bu barədə Putinin verdiyi açıqlamada deyilir.
"Ukrayna ilə atəşkəs ehtimalına şübhə ilə yanaşıram. Terrora güvənənlərlə kim danışıqlar apara bilər ki?” - deyə, o vurğulayıb.
Putin, iyunun 1-də Ukraynanın Bryansk və Kursk bölgələrində həyata keçirdiyi hücumların, müzakirələrin gedişatını pozduğunu qeyd edib.
“Bryansk və Kursk bölgələrində dəmir yolu xətlərinin partladılması tamamilə bir terror aktıdır. Ukrayna hökuməti artıq bir terror təşkilatına çevrilib, Kiyev hökumətinə dəstək verənlər isə bu terrorun ortağıdır” - deyə, o bildirib.