Bakı. AzerVoice
Tbilisidə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Boçorişvili ilə mətbuata bəyanatla çıxış edib.
AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.
xxx
12:52
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında geniş tərkibdə görüş keçirilir.
AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə enerji, nəqliyyat, regional əlaqə və ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri daxil olmaqla, əməkdaşlığın əsas sahələri müzakirə edilir.
Vurğulanıb ki, qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri də gündəmin əsas mövzusudur.
xxx
11:09
Tbilisidə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun gürcüstanlı həmkarı Maka Boçorişvili ilə ikitərəfli görüşü başlayıb.
AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, regional məsələlər üzrə əməkdaşlıq və strateji tərəfdaşlığın dərinləşdirilməsi imkanları müzakirə ediləcək.









