BAKI,AzerVoice
1-2 iyun tarixlərində Səmərqənd şəhərində keçirilən II Özbəkistan–Çin Regionlararası Forumu çərçivəsində Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun inşası ilə bağlı görülən işlər müzakirə edilib.
AzerVoice xəbər verir ki, forumun əsas məqsədi regionlararası əməkdaşlığı genişləndirmək, sərmayə və biznes əlaqələrini gücləndirmək, həmçinin Özbəkistan ilə Çinin strateji tərəfdaşlığını möhkəmləndirmək olub.
Tədbir zamanı Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun inşası xüsusi diqqət mərkəzində olub.
Forumda bununla yanaşı regionlararası əməkdaşlığın inkişaf etdirilməsi və yeni sərmayə layihələrinin həyata keçirilməsi məsələləri də müzakirə olunub.
Rəsmi məlumatlara görə, son beş il ərzində Özbəkistan ilə Çin arasındakı ticarət dövriyyəsi iki dəfə artaraq 2024-cü ilin nəticələrinə görə 13 milyard ABŞ dollarına çatıb. Çindən cəlb edilən birbaşa sərmayələr 2017-ci illə müqayisədə beş dəfə artıb, birgə müəssisələrin sayı isə üç dəfə artaraq 3 min 700-ü keçib.