BAKI, AzerVoice
PKK terror təşkilatının özünü ləğv etməsi və bütün qollarının birlikdə silah qoyması lazımdır. Bu kontekstdə Suriya ərazisindəki SDQ təşkilatı nəzərdə tutulur.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib.
O, SDQ-nin rəhbərinin təşkilatın Türkiyə rəsmiləri ilə təmasda olduğuna dair bəyanatlarınə təkzib edib.
"SDQ-nin başında olan şəxsin Türkiyədəki səlahiyyətlilərlə əlaqəsi olduqlarını dediyini biz də gördük, lakin bizim tərəfimizdən heç bir görüş olmayıb" - deyə, Çelik qeyd edib.
Bundan əlavə, AKP sözçüsü terroru maliyyələşdirən qurumların da ləğv edilməsinin zərurətini vurğulayıb.
"Terrorun maliyyələşdirilməsini təmin edən qurumların da özlərini ləğv etmələri lazımdır. Bu səbəbdən keçmişdəki təcrübələr nəzərə alınaraq Milli Kəşfiyyat Təşkilatı (MİT) və Milli Müdafiə Nazirliyinin mexanizmləri hazırdır" - deyə, o yekunlaşdırıb.