Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Kölndə bomba alarmı səbəbilə şəhər boşaldılıb

    4 İyun 2025 18:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Kölndə İkinci Dünya Müharibəsindən qalan bombalar səbəbilə şəhər boşaldılıb.

    AzerVoice xəbər verir ki, Almaniyanın Köln şəhərində İkinci Dünya Müharibəsinə aid üç partlamamış bomba aşkarlanıb.

    Bombaların təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə şəhərin Deutz rayonunda 20 mindən çox insan təxliyə edilib və genişmiqyaslı təhlükəsizlik tədbirləri həyata keçirilib.

    ABŞ istehsalı olan bu bombaların tapıldığı əraziyə yaxın bütün yaşayış binaları, otellər, məktəblər, xəstəxanalar və qocalar evləri boşaldılıb. Əlavə tədbir olaraq Reyn çayı üzərindəki körpülər bağlanıb, qatarların hərəkəti dayandırılıb. Təhlükəsizlik qüvvələri tərəfindən bütün binaların bir-bir yoxlanıldığı bildirilib.

    Köln İctimai Asayiş Departamentinin direktoru Ralf Mayer şəhər mərkəzində belə bir əməliyyatın böyük risk daşıdığını qeyd edərək, vətəndaşların təhlükəsizliyinin ən əsas prioritet olduğunu bildirib.

    Qeyd edək ki, Almaniyada İkinci Dünya Müharibəsindən qalan partlamamış bombalara tikinti və infrastruktur işləri zamanı tez-tez rast gəlinir. Mütəxəssislər hələ də ölkə ərazisində minlərlə partlamamış sursatın yer altında olduğunu təxmin edirlər. Bu səbəbdən bənzər hallarda təhlükəsizlik səbəbilə genişmiqyaslı təxliyə tədbirləri tez-tez həyata keçirilir.

    #Almaniya #İkinci Dünya Müharibəsi #təxliyə #Təhlükəsizlik tədbirləri #Köln #təxliyə və təhlükəsizlik #bomba zərərsizləşdirilməsi #bomba təhlükəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Almaniyanın silah və hərbi texnika ixracı 2025-ci ildə azalıb

    29 Dekabr 2025 15:22

    Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

    29 Dekabr 2025 09:11

    “Ayntraxt Frankfurt”un prezidenti azarkeşlərin davranışlarını sərt tənqid edib

    27 Dekabr 2025 09:40

    Almaniya Qəzza üçün planlaşdırılan Beynəlxalq Sabitləşdirmə Qüvvələrində iştirak etməyəcək

    26 Dekabr 2025 14:22

    Hans-Diter Flik “Barselona”da daha bir mövsüm qala bilər

    25 Dekabr 2025 09:18

    Almaniyanın ifrat sağçı partiyası Rusiyaya casusluqda ittiham olunur

    23 Dekabr 2025 13:16

    Dünyanın ən böyük nüvə stansiyası yenidən işə başlayır

    22 Dekabr 2025 12:26

    Bu gün Yaponiya Honkonqu işğal edib

    18 Dekabr 2025 09:00

    Almaniyada kilsələr hökuməti İsrailə silah ixracını dayandırmağa çağırıb

    17 Dekabr 2025 15:58

    Harri Keyn Levandovskinin Bundesliqa rekordunu qıra bilər

    16 Dekabr 2025 11:57

    “Barselona” Yulian Ruersonun transferində maraqlıdır

    16 Dekabr 2025 09:15

    Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

    14 Dekabr 2025 22:12
    Demo
    XƏBƏR LENTİ

    İran ABŞ təhdidlərinə görə MAQATE-yə məktub göndərdi

    Türklərin Anadoluya gəlişi necə baş verdi?

    Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrinə təbrik məktubu ünvanlayıb

    Prezident İlham Əliyev Kuba liderini təbrik edib

    İstanbulda keçirilən Fələstin yürüşündə təxminən 520 min insan iştirak edib

    Pakistanda Yeni il şənlikləri zamanı havaya atəş açılması nəticəsində 25 nəfər yaralandı

    Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılıb

    Prezident İlham Əliyev: Bütün azərbaycanlılar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb

    Prezident İlham Əliyev: İqtisadi inkişafda bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik

    Prezident İlham Əliyev: Biz heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.