Əsas səhifə » Yeni məhbus mübadiləsi yaxınlaşır - Zelenski

Yeni məhbus mübadiləsi yaxınlaşır - Zelenski

BAKI, AzerVoice

Rusiya ilə yeni məhbus mübadiləsinə hazırlaşırıq.

AzerVoice xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarında hərbi əsirlərin mübadiləsi ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb.

Litvanın paytaxtı Vilnüsdə keçirilən Buxarest Doqquzluğu (B9) Zirvə Toplantısından sonra mətbuat konfransında çıxış edən Zelenski “İstanbuldakı danışıqlar yekunlaşıb. Nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə sənəd mübadiləsi aparıblar. Biz yeni məhbus mübadiləsinə hazırlaşırıq”- deyə bildirib.

“Bu gün biz tərəfdaşlarımızla təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcək bir sıra ortaq qərarlar qəbul etdik. Yeni müdafiə paketləri təmin ediləcək və Ukrayna hərbi sənayesinə, xüsusilə pilotsuz uçuş aparatlarının istehsalına yeni sərmayələr yatırılacaq”- deyə o, həmçinin Vilnüsdə aparılan danışıqlardan da söz açaraq bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice