Əsas səhifə » Türkiyədən Azərbaycana hazır geyim ixracı 20 milyon dolları keçib (ÖZƏL)

Türkiyədən Azərbaycana hazır geyim ixracı 20 milyon dolları keçib (ÖZƏL)

Bakı, AzerVoice

Türkiyə 2025-cü ilin may ayında Azərbaycana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz azalaraq, 4 milyon 524 min 96 dollara çatdırıb.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,5 azalaraq, 20 milyon 90 min dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq, 6 milyard 929 milyon 98 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 1 milyard 520 milyon 390 min dollar məbləğində hazır geyim maddə ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 7,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 17 milyard 446 milyon 977 min dollar məbləğində hazır geyim ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice