Əsas səhifə » Qazaxıstan və Almaniya 54,4 milyard dollarlıq ortaq investisiya layihələrinə start verir

Qazaxıstan və Almaniya 54,4 milyard dollarlıq ortaq investisiya layihələrinə start verir

BAKI, AzerVoice

Astanada Qazaxıstan-Almaniya Biznes Şurasının 16-cı iclası keçirilib. Görüş iki ölkə arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm platforma hesab olunur.

AzerVoice xəbər verir ki, tədbirdə çıxış edən Qazaxıstanın Baş nazirinin birinci müavini Roman Sklyar Almaniya biznesini ölkənin əsas strateji tərəfdaşlarından biri adlandırıb.

O bildirib ki, Qazaxıstan hökuməti investisiya və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün sistemli tədbirlər görür.

Sklyar qeyd edib ki, beynəlxalq reytinq agentliyi Moodys tərəfindən ölkənin kredit reytinqi 2024-cü ildə Baa1 səviyyəsinə yüksəldilib və bu, Qazaxıstanın müstəqillik tarixində ən yüksək göstəricidir.

“Baiterek” Milli Holdinqin İdarə Heyətinin sədri Rustam Karagoyşin bildirib ki, hazırda Qazaxıstan və Almaniya arasında ümumi dəyəri 54,4 milyard ABŞ dolları olan 63 layihə mövcuddur. Onlardan 32-si 1,1 milyard dollar dəyərində artıq icra olunub, 12 layihə isə hazırda aktiv icra mərhələsindədir.

Alman İqtisadiyyatının Şərq Komitəsinin direktoru Mixael Harms isə bildirib ki, bu görüş zamanı emal sənayesi sahəsində 6 yeni konkret layihə təqdim ediləcək.

İclas çərçivəsində sənaye və texnoloji əməkdaşlıq istiqamətində bir sıra mühüm razılaşmalar əldə olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice