BAKI, AzerVoice
ABŞ və Çin nümayəndə heyətləri ticarət siyasəti üzrə danışıqların yeni raundu yaxın həftələrdə keçiriləcək.
AzerVoice xəbər verir ki, bu haqda ABŞ Maliyyə naziri Skott Bessent CNBC telekanalına verdiyi müsahibəsində deyib.
“Təxmin edirəm ki, Çin nümayəndə heyəti ilə qarşıdakı bir neçə həftə ərzində yenidən görüşəcəyik və daha genişmiqyaslı bir razılaşma üzərində işləməyə başlayacağıq” - deyə, o bildirib.
O həmçinin əlavə edib ki, danışıqların keçiriləcəyi yer və digər detallar hələ müəyyən edilməyib.
Xatırladaq ki, Vaşinqton və Pekin Cenevrədəki iki mərhələli danışıqlar nəticəsində ticarət balansındakı kəsirin azaldılması üzrə razılığa gəliblər.
Qeyd edək ki, hazırda ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi ümumi gömrük rüsumları 145 faiz, Çinin ABŞ məhsullarına cavab olaraq tətbiq etdiyi rüsumlar isə 125 faiz səviyyəsindədir. Bu qarşılıqlı tariflər fonunda Cenevrədə əldə olunan razılaşma, qlobal ticarət münasibətlərinin sabitləşdirilməsi baxımından əhəmiyyətli bir addım kimi qiymətləndirilir.