Əsas səhifə » Qazaxıstandan Azərbaycana yeni hava reysləri açılacaq

Qazaxıstandan Azərbaycana yeni hava reysləri açılacaq

BAKI, AzerVoice

Qazaxıstanın müxtəlif hava limanlarından bu ilin may ayından etibarən Macarıstan, Almaniya, Türkiyə, Gürcüstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Çin, Koreya və Vyetnama yeni hava reysləri açılacaq.

AzerVoice-un məlumatına görə, Çimkent hava limanından aşağıdakı beynəlxalq uçuşlar planlaşdırılır:

  • 27 maydan etibarən:

    • Çimkent – Budapeşt (Macarıstan), həftədə 2 reys

    • Çimkent – Münhen (Almaniya), həftədə 2 reys

  • 29 maydan:

    • Çimkent – Şanxay (Çin), həftədə 2 reys

    • Çimkent – Seul (Koreya), həftədə 2 reys

"Air Astana" aviaşirkəti də bir sıra yeni beynəlxalq istiqamətlər üzrə uçuşlara başlayacaq:

  • 14 maydan: Astana – Da Nang (Vyetnam), həftədə 2 reys

  • 27 maydan: Atırau – Tbilisi (Gürcüstan), həftədə 3 reys

  • 28 maydan: Almatı – Oş (Qırğızıstan), həftədə 4 reys

  • 31 maydan: Atırau – Bakı (Azərbaycan), həftədə 3 reys

"Fly Arystan" isə bu marşrutlar üzrə yeni reyslər planlaşdırır:

  • 18 maydan: Almatı – Kuldja (Çin), həftədə 2 reys

  • 28 maydan: Astana – Qazipaşa (Türkiyə), həftədə 2 reys

Özbəkistanın "My Freighter" (Centrum Air) aviaşirkəti isə 5 may tarixindən Almatı – Daşkənd (Özbəkistan) marşrutu üzrə həftədə 2 reys həyata keçirməyə başlayıb.

Eyni zamanda, "Azərbaycan Hava Yolları" 13 maydan etibarən Astana – Bakı marşrutu üzrə uçuşların tezliyini həftədə 3-dən 4 reysə çatdıracaq.

Digər Kateqoriyalar

2025 © Azervoice