Əsas səhifə » Berlində İsrail prezidentinin səfərinə etiraz keçirilib

Berlində İsrail prezidentinin səfərinə etiraz keçirilib

BAKI, AzerVoice

Berlində İsrail prezidenti Hersoqun səfərinə etiraz askiyası keçirilib.

AzerVoice xəbər verir ki, Almaniyanın paytaxtı Berlində İsrail prezidenti İsaak Hersoqun səfərinə qarşı etiraz aksiyası keçirilib. Beynəlxalq Amnistiya Təşkilatının təşkil etdiyi nümayişdə etirazçılar, xüsusilə Qəzzada baş verən hadisələrə diqqət çəkərək, Almaniya hökumətinin bu mövzuda mövqeyini sərtləşdirməsini tələb ediblər.

Etirazçılar əllərində “Qəzzada İsrailin soyqırımına son qoyulsun”, “Soyqırım üçün dəyər ortaqlığı yoxdur” və “Qəzzada müharibə cinayətləri üçün silah yoxdur” yazılı lövhələr qaldırıblar. Aksiya iştirakçıları, həmçinin “Soyqırımı dayandırın” və “Beynəlxalq hüquqa hörmət edin” kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, İsrail prezidenti Hersoqun Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşü və digər yüksək səviyyəli görüşlər planlaşdırılıb. Etirazçılar isə Almaniya hökumətindən Qəzzada baş verənlərlə bağlı daha açıq mövqe ortaya qoymağı və İsraillə silah tədarükünün dayandırılmasını tələb edirlər.

Digər Kateqoriyalar

2025 © Azervoice