Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Trampın Yaxın Şərq səfəri planı

    12 May 2025 15:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Trampın enerji zəngini Körfəz ölkələrinə Yaxın Şərq səfəri- Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdən böyük açıqlamalar gözlənilir.

    AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə planlaşdırılan səfəri çərçivəsində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər kimi enerji ilə zəngin Körfəz ölkələri ilə yüksək səviyyəli danışıqlar gözlənilir.

    CNN International bu səfəri “Trampın ikinci prezidentlik dövründə diplomatik və iqtisadi kartlarını oynadığı ən əhəmiyyətli tur” kimi qiymətləndirir.

    Səfər mayın 16-dək davam edəcək və üç ölkəni əhatə edəcək. Trampın məqsədi həm iqtisadi, həm də geosiyasi cəhətdən ABŞ maraqlarını yenidən formalaşdırmaq, həmçinin şəxsi və siyasi nüfuzunu gücləndirmək kimi qiymətləndirilir. O, səfərə çərşənbə axşamı Səudiyyə Ərəbistanından başlayacaq, ardınca Qətər və BƏƏ-yə gedəcək.

    Səudiyyə Ərəbistanı: Nüvə gündəliyi və 1 trilyon dollarlıq sərmayə

    Ər-Riyad Tramp administrasiyası ilə daha yaxın əlaqələr qurmaq niyyətindədir. Krallığın əsas istəyi ABŞ-la əməkdaşlıq çərçivəsində mülki nüvə proqramını inkişaf etdirməkdir. Lakin Səudiyyə Ərəbistanının uranı öz ərazisində zənginləşdirməkdə israr etməsi ABŞ və İsraildə narahatlığa səbəb olub. Bu, nüvə silahının yayılması ilə bağlı suallar doğurur.

    Mart ayında Tramp verdiyi açıqlamada, “Əgər Səudiyyə Ərəbistanı ABŞ-a 1 trilyon dollar sərmayə qoysa, mən ora gedəcəyəm. Onlar buna razılıq verdilər”- deyə bildirib. Rəsmi Riyad bu rəqəmi təsdiqləməsə də, gələcəkdə ABŞ ilə ticarət və sərmayə əlaqələrini 600 milyard dollar artırmağı planlaşdırdıqlarını bəyan edib.

    BƏƏ: 1,4 trilyon dollarlıq texnoloji dönüş

    BƏƏ Tramp səfərindən ən çox texnologiya və strateji sahələrdə güzəştlər gözləyir. Əbu-Dabi 2031-ci ilə qədər qlobal süni intellekt lideri olmağı hədəfləyir və bu istiqamətdə ABŞ-dan yüksək texnologiyalı mikroçiplər və infrastruktur əməkdaşlığına ehtiyac duyur. ABŞ-ın Bayden dövründə tətbiq etdiyi süni intellekt ixracına məhdudiyyətlərin Tramp tərəfindən ləğv ediləcəyi gözlənilir.

    BƏƏ həmçinin 10 il ərzində süni intellekt, yarımkeçiricilər, energetika və istehsalat sahələrinə 1,4 trilyon dollarlıq sərmayə planı açıqlayıb. Hazırda ABŞ-da BƏƏ investisiyalarının həcmi 1 trilyon dollara yaxınlaşır.

    Qətər: Təhlükəsizlik və vasitəçilik diplomatiyası

    Qətər ABŞ-ın bölgədəki ən yaxın hərbi tərəfdaşlarından biridir. Əl-Udeyd bazası ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi mövcudluğuna ev sahibliyi edir. 2022-ci ildə Bayden administrasiyası Qətəri NATO-dan kənar əsas müttəfiq kimi tanımışdı.

    Qətər Trampın səfəri zamanı iki əsas məsələni önə çəkməyi planlaşdırır: Suriyaya qarşı tətbiq olunan “Sezar Aktı” sanksiyalarının yumşaldılması və ABŞ-ın təhlükəsizlik zəmanətlərinin daha da gücləndirilməsi. Doha yeni Suriya prezidenti Əhməd Şaraa ilə əməkdaşlığı artırmaq, həmçinin regionda vasitəçilik rolunu davam etdirmək niyyətindədir.

    Ekspertlər qeyd edir ki, Tramp bu üç ölkə ilə imzalanacaq yeni razılaşmalar vasitəsilə ABŞ iqtisadiyyatına külli miqdarda sərmayə cəlb etməyə çalışır.

    Qeyd edək ki, Körfəz ölkələri Trampın “xarici siyasətdə işgüzar yanaşma” prinsipindən faydalanaraq ABŞ ilə həm təhlükəsizlik, həm də iqtisadi baxımdan daha sıx əlaqələr qurmağa çalışır. Səfər zamanı böyük müqavilələrin və siyasi açıqlamaların verilməsi istisna olunmur.

    #BƏƏ #Səudiyyə Ərəbistanı #ABŞ #Qətər #Donald Tramp #Yaxın Şərq #Trampın siyasətləri #Trampın Yaxın Şərq siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Adil Kərimli BMT-nin UNAOC Qlobal Forumunda iştirak edir

    13 Dekabr 2025 17:50

    ABŞ ilə 100 milyard dollarlıq ticarət hədəfi üçün işlər davam edir - Ömər Bolat

    13 Dekabr 2025 15:55

    ABŞ prezidentinin yeni “Air Force One” təyyarəsinin təhvili gecikir

    13 Dekabr 2025 15:39

    Ərdoğan Qara Dənizdə gəmilərə edilən hücumlara münasibət bildirib

    13 Dekabr 2025 15:10

    Trampın xüsusi nümayəndəsi Ukrayna və Avropa liderləri ilə görüşəcək

    13 Dekabr 2025 14:42

    Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

    13 Dekabr 2025 13:18

    Tailand və Kamboca rəhbərliyi atəşkəsə razılaşıb - Tramp

    13 Dekabr 2025 12:44

    Azərbaycan və "Meta" şirkəti arasında əməkdaşlıq imkanları dəyərləndirilib

    13 Dekabr 2025 10:38

    Azərbaycan və ABŞ arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

    13 Dekabr 2025 10:02

    Səudiyyə–BƏƏ missiyası Yəməndə əvvəlki status-kvonun bərpasını hədəfləyir

    13 Dekabr 2025 09:55

    Tayland və Kamboca arasındakı münaqişəni yoluna qoyacağıq - Tramp

    12 Dekabr 2025 12:37

    Energetika naziri Vaşinqtonda Azərbaycan-ABŞ enerji tərəfdaşlığının inkişafında Ulu Öndərin rolundan danışıb

    12 Dekabr 2025 10:00
    Demo
    XƏBƏR LENTİ

    İordan çayının qərb sahilində zeytun ağacları kütləvi məhv edilir

    14 dekabr 1939: Finlandiya müharibəsi SSRİ-ni Liqadan kənarlaşdırdı

    Bu gün ABŞ-ın ilk prezidenti Corc Vaşinqton vəfat edib

    Tarixdə bu gün – 14 Dekabr

    Böyük Britaniya sahillərinə miqrant axını yenidən başlayıb

    Rusiya yaxın illərdə Aİ ölkələrinə qarşı hərbi əməliyyatlara hazır ola bilər - Avropa Komissiyası

    Suriyada üç amerikalı həlak olub - ABŞ Mərkəzi Komandanlığı

    İsrail Qəzzada HƏMAS-ın yüksək rütbəli komandirini hədəf alıb

    Pxenyanda Rusiyadan qayıdan şimali koreyalı hərbçilər üçün mərasim keçirilib

    ABŞ İrana gedən gəmidə əməliyyat keçirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.