Əsas səhifə » Hindistan sübutsuz şəkildə Pakistana ittihamlar irəli sürür - Şahbaz Şərif

Hindistan sübutsuz şəkildə Pakistana ittihamlar irəli sürür - Şahbaz Şərif

BAKI,AzerVoice

Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanın 22 aprel tarixində Pahalgam bölgəsində baş vermiş terror hücumunun məsuliyyətini heç bir sübut olmadan Pakistanın üzərinə yıxdığını bildirib.

AzerVoice xəbər verir ki, Şərif qeyd edib ki, Pakistan ordusu Hindistanın raket hücumlarına “uyğun şəkildə” cavab verib.

Onun sözlərinə görə, Hindistan 6 may tarixində təxminən 80 hərbi təyyarə ilə Pakistanın müxtəlif bölgələrini hədəfə alıb.

Şərif Hindistanın Pakistanın Bəlucistan bölgəsində 31 nəfərin həlak olduğu qatara silahlı hücumla əlaqəli olduğunu və bu barədə sübutlara sahib olduqlarını bildirib.

Baş nazir əlavə edib ki, Pakistan ordusu Hindistanın planlarına dair əvvəlcədən kəşfiyyat məlumatları əldə edib və “Rafale təyyarələri də daxil olmaqla 5 hərbi təyyarə və 2 pilotsuz uçuş aparatını vurduğunu” bəyan edib.

Qeyd edək ki, Hindistan 6 mayda Pakistan və Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsində yerləşən hədəfləri raket zərbələri ilə vurub.

Digər Kateqoriyalar

2025 © Azervoice