26
BAKI, AzerVoice
ABŞ İranın nüvə energetikası proqramına qarşı çıxmır, lakin Tehranın uran zənginləşdirməsinə qəti şəkildə etiraz edir.
AzerVoice xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey Di Vens Vaşinqtonda Münhen Təhlükəsizlik Konfransı tərəfindən təşkil olunan forumda çıxış edərkən deyib.
“Onların mülki nüvə enerjisinə sahib olması mümkündür. Biz buna qarşı deyilik. Bizim təklifimiz çox sadədir: insanların nüvə enerjisinə sahib olmaq istəməsi bizi narahat etmir. Biz buna etiraz etmirik. Lakin sizdə, sizə nüvə silahı əldə etməyə imkan verəcək növdə zənginləşdirmə proqramı ola bilməz. Bizim sərhədimiz məhz buradadır” – deyə, Vens vurğulayıb.