Əsas səhifə » Ukraynanın Aİ-yə üzvlüyü sürətləndirilməlidir - Avropa Komissiyası

Ukraynanın Aİ-yə üzvlüyü sürətləndirilməlidir - Avropa Komissiyası

BAKI,AzerVoice

Avropa Komissiyasının sədri Ursula von der Leyen Avropa İttifaqı (Aİ) liderlərini Ukraynanın təşkilata üzv olması istiqamətində addımların sürətləndirilməsinə çağırıb.

AzerVoice xəbər verir ki, o, bu addımı həm Ukraynanın istəyi, həm də Avropanın təhlükəsizliyi üçün zəruri bir zəmanət kimi qiymətləndirib.

O bildirib ki, bu, təkcə Ukraynanın arzusu deyil, eyni zamanda Avropanın sabitliyi və təhlükəsizliyi üçün ən etibarlı təminatlardan biri ola bilər.

“Biz Ukraynanın Avropa İttifaqına üzv olmaq yolunu sürətləndirməliyik. Bu, yalnız Ukraynanın arzusu deyil bu, həm də bizim təhlükəsizliyimizin ən etibarlı zəmanətinə çevrilə bilər” – deyə von der Leyen vurğulayıb.

Leyenin sözlərinə görə, Aİ artıq 2025-ci ildə üzvlük danışıqlarının bütün klasterlərinin açılması üzərində işləyir. O əlavə edib ki, Ukraynanın Aİ-yə qəbul edilməsi “ədalətli və davamlı sülhün ən böyük zəmanəti” olacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice