Əsas səhifə » ABŞ ilə Ukrayna mövzusunda danışıqlar davam edir - Peskov

ABŞ ilə Ukrayna mövzusunda danışıqlar davam edir - Peskov

BAKI, AzerVoice

Rusiya ilə ABŞ arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar davam edir.

AzerVoice xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov çərşənbə axşamı Moskvada jurnalistlərə açıqlamasında bildirib.

Peskov qeyd edib ki, Moskva ABŞ tərəfi ilə təmaslarını davam etdirir və münaqişənin sülh yolu ilə həlli üçün səylərə açıqdır.

“ABŞ tərəfi ilə danışıqlar aparırıq. Əlbəttə, münaqişəyə sülh yolu ilə həll tapmaq istəyən bütün ölkələrin təşəbbüslərini alqışlayırıq”- deyə Peskov bildirib.

Kreml rəsmisi, medianın Braziliyanın ABŞ əvəzinə vasitəçi ola biləcəyi barədə yayımladığı xəbərləri təkzib edərək, bu məsələnin gündəmdə olmadığını vurğulayıb.

Ukraynadakı hərbi vəziyyətə də toxunan Kreml sözçüsü, Rusiya tərəfindən 8–10 may tarixlərini əhatə edən atəşkəsin elan edildiyini bildirib.

“Bu müddət ərzində hücum olmayacaq. Amma əgər Kiyev rejimi hərbi mövqelərimizə və obyektlərimizə hücum edərsə, qarşılıq veriləcək”- deyə o qeyd edib.

Peskov həmçinin Ukraynanın Rusiyadakı mülki obyektlərə pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirdiyini də qeyd edib və bu hücumların Kiyev hakimiyyətinin müharibəni davam etdirmək niyyətini ortaya qoyduğunu vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice