18
BAKI, AzerVoice
Ukrayna tezliklə darmadağın olacaq.
AzerVoice xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.
Tramp hesab edir ki, o, Ukraynanı xilas etməyə çalışır.
“Mən düşünürəm ki, Ukrayna millətini xilas edirəm. Düşünürəm ki, bu millət tezliklə darmadağın olacaq. Gəlin bu gerçəyi qəbullanaq” – deyə, o bildirib.
Jurnalistlər Trampa ABŞ-ın Ukraynaya daha çox silah verməsi ehtimalını qəbul etməsi barədə sual veriblər.
“Bu, mütləq silah olmalı deyil. Bir çox növ silah mövcuddur. Mütləq deyil ki, gülləli silah olsun. Silah deyiləndə sanksiyalar da nəzərdə tutula bilər” – deyə, ABŞ prezidenti müvafiq sualı cavablandırıb.