Əsas səhifə » İsrail Qəzzada hərbi strategiyasını bir il daha davam etdirməyi planlaşdırır

İsrail Qəzzada hərbi strategiyasını bir il daha davam etdirməyi planlaşdırır

BAKI, AzerVoice

İsrailin Strateji İşlər naziri Qəzzada hərbi əməliyyatların daha bir il davam edəcəyini açıqlayıb.

AzerVoice xəbər verir ki, İsrailin Strateji İşlər naziri Ron Dermer Qüdsdə keçirilən konfransda çıxış edərək Qəzzaya qarşı hərbi əməliyyatların ən azı 12 ay daha davam edəcəyini bildirib.

O, “7 oktyabr müharibəsi gələn il bu vaxt başa çatacaq, amma bunun açarı qələbədir” - deyə vurğulayıb.

Nazir sözügedən “qələbə” anlayışının konkret nədən ibarət olduğunu açıqlamayıb.

Dermer çıxışında həmçinin ABŞ-İran danışıqlarına toxunaraq, Trampın İsrailin əleyhinə bir razılaşmaya imza atmayacağına inandığını söyləyib.

Qeyd edək ki, İsrailin Qəzzadakı hərbi əməliyyatları beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunur və bu proses humanitar fəlakətlə müşayiət edilir.

Digər Kateqoriyalar

2025 © Azervoice