BAKI, AzerVoice
ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası bu həftə ərzində onun vəzifəsinin ilk 100 günü ərzində əldə olunan nailiyyətlərə diqqət çəkəcəklər. Onlar növbəti 100 günə əsas diqqəti ticarət sazişlərinin bağlanmasına və sülh danışıqlarının aparılmasına yönəldəcəklər.
AzerVoice xəbər verir ki, bu barədə Ağ Evdəki rəsmilər bildiriblər.
Qeyd edək ki, Bu həftə Tramp Miçiqan ştatına səfər edərək prezidentliyinin 100-cü günü münasibətilə keçirilən mitinqdə iştirak edəcək. Ağ Ev, Trampın iqtisadi baxışını, miqrantların ölkədən çıxarılmasını, xarici siyasətdəki dəyişiklikləri və milyarder İlon Maskın rəhbərlik etdiyi Dövlət İdarəetməsində Səmərəlilik Təşəbbüsü çərçivəsində görülən işləri ön plana çıxarmağı planlaşdırır. Bu təşəbbüs federal hökumətdə bürokratiyanı azaltmaq və israf kimi qiymətləndirilən halların qarşısını almağı hədəfləyir.