Əsas səhifə » Tramp ilə tam atəşkəs və sülh yollarını danışdıq - Zelenski

Tramp ilə tam atəşkəs və sülh yollarını danışdıq - Zelenski

BAKI, AzerVoice

Ukrayna prezidenti Vladimir Zelenski Vatikanda keçirilən görüşdə ABŞ prezidenti Donald Trampla Rusiya-Ukrayna müharibəsində tam və qeyd-şərtsiz atəşkəs rejimini müzakirə etdiklərini açıqlayıb.

AzerVoice xəbər verir ki, Zelenski Telegram hesabından verdiyi yazılı açıqlamada katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransiskin Vatikandakı dəfn mərasimindən əvvəl Trampla görüşdüyünü xatırladıb.

Trampla “yaxşı görüş” keçirdiyini ifadə edən Zelenski, görüş zamanı bir çox mövzunu müzakirə etdiklərini bildirib.

Tam və qeyd-şərtsiz atəşkəs və müharibənin təkrarlanmasının qarşısını alacaq etibarlı və daimi sülh haqqında danışdıqlarını ifadə edən Zelenski, “Əgər ortaq nəticələr əldə etsək, bu, tarixi olma potensialı olan çox simvolik bir görüş olacaq” dedi.

“Ümid edirik ki, deyilənlərdən nəticə çıxacaq” - deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, 26 aprel səhəri Zelenski həyat yoldaşı və Ukraynanın Xarici İşlər Naziri Andrey Sibigoyla birlikdə Roma şəhərinə gəlib. Zelenski bildirib ki, dəfndə iştirak etmək Ukrayna üçün çox vacibdir.

Eyni zamanda, Papa Fransisk 21 apreldə vəfat edib. Son aylarda səhhətində ciddi problemlər yaşayan Papa, fevral ayında ağır bronxit səbəbilə xəstəxanaya yerləşdirilmişdi və bu, onun sağlamlığı ilə bağlı narahatlıqları artırmışdı. Yeni Papanın seçilməsi məqsədilə Kardinallar Şurası isə 6-10 may tarixləri arasında ilk dəfə toplanacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice