Əsas səhifə » Rusiya sanksiyalarının ləğvi müzakirə olunmayıb - Rubio

Rusiya sanksiyalarının ləğvi müzakirə olunmayıb - Rubio

BAKI, AzerVoice

ABŞ “Şimal Axını 2” layihəsinə sanksiyaların ləğvi ilə bağlı iddiaları təkzib edib

AzerVoice xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio “Politico” nəşrinin “Şimal Axını 2” təbii qaz boru kəmərinə tətbiq olunan sanksiyaların ləğv ediləcəyi ilə bağlı iddialarını qətiyyətlə təkzib edib.

Rubio sosial şəbəkədə yayımladığı açıqlamada bu iddianı “tamamilə yalan” və “jurnalistika peşəsindən sui-istifadə” kimi dəyərləndirib. O bildirib ki, nə özü, nə də ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Stiv Vitkoff Ukrayna ilə danışıqlar çərçivəsində Rusiya sanksiyalarının ləğvi barədə müzakirə aparmayıb.

Belə ki, “Politico” nəşri, məsələni yaxından izləyən beş mənbəyə istinadən, ABŞ-ın Rusiya ilə Ukrayna arasında sülh danışıqları çərçivəsində “Şimal Axını 2” layihəsinə dair sanksiyaları aradan qaldırmağı planlaşdırdığını yazıb. Hesabatda Vitkoffun bu istiqamətdə liderlik etdiyi də vurğulanıb.

Qeyd edək ki, 2022-ci ildə Co Bayden administrasiyası “Şimal Axını 2 AG” şirkətinə qarşı sanksiyalar tətbiq etmişdi. Hazırda ABŞ-ın Nyu-York Beynəlxalq Ticarət Məhkəməsində Tramp administrasiyasının tətbiq etdiyi tariflərə qarşı müxtəlif ştatlar tərəfindən iddialar qaldırılıb.

İddialarda bu tariflərin qeyri-qanuni olduğu və ABŞ iqtisadiyyatına zərər verdiyi vurğulanıb. Nyu-Yorkun baş prokuroru Letitia Ceyms və Kaliforniya ştatı bu siyasətin inflyasiya və işsizlik kimi problemləri dərinləşdirdiyini qeyd edərək tariflərin ləğvini tələb edirlər.

Digər Kateqoriyalar

2025 © Azervoice