BAKI, AzerVoice
ABŞ-dan könüllü çıxan qeyri-qanuni mühacirlərə pul və təyyarə bileti veriləcək
AzerVoice xəbər verir ki, ABŞ
prezidenti Donald Tramp qeyri-qanuni immiqrantlar üçün yeni proqram
üzərində çalışdıqlarını açıqlayıb.
Prezident bildirib ki, ölkəni könüllü şəkildə tərk etmək istəyən
şəxslərə həm maliyyə dəstəyi, həm də təyyarə bileti təqdim edilə
bilər.
Trampın sözlərinə görə, hazırda immiqrantların deportasiyası davam edir. Bununla yanaşı, ABŞ-da qeyri-qanuni şəkildə yaşayan və könüllü şəkildə ölkədən çıxmaq istəyən şəxslər üçün təşviqedici tədbirlər nəzərdə tutulur.
“Əgər yaxşıdırlarsa və onların geri qayıtmasını istəyiriksə, mümkün qədər tez və əməkdaşlıq çərçivəsində onları qaytarmaq üçün çalışacağıq”, – deyə Tramp əlavə edib.
Qeyd edək ki, Tramp administrasiyası immiqrasiya məsələlərində sərt yanaşması ilə tanınır. Bu proqram, qeyri-qanuni miqrantların ölkədən könüllü çıxışını təşviq etməklə deportasiya yükünü azaltmaq məqsədi daşıyır.