Əsas səhifə » Bayden administrasiyası Ukrayna müharibəsini dayandıra bilərdi - Tramp

Bayden administrasiyası Ukrayna müharibəsini dayandıra bilərdi - Tramp

BAKI, AzerVoice

ABŞ-ın 46-cı prezidenti Co Baydenin administrasiyası Ukrayna münaqişəsinin başlanmasının qarşısını ala bilərdi, lakin bu məsələdəki fəaliyyəti bərbad olub.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

“Əgər 2020-ci il prezident seçkiləri saxtalaşdırılmasaydı – halbuki onlar bir çox baxımdan saxtalaşdırılıb – bu dəhşətli müharibə heç vaxt baş verməzdi. Prezident Volodimir Zelenski və əli təmiz olmayan Co Bayden bu absurdun başlanmasına imkan verərək tamamilə dəhşətli bir iş gördülər. Onun (münaqişə red.) qarşısını almağın o qədər çox yolu var idi. Amma bu artıq keçmişdə qalıb. İndi biz elə etməliyik ki, bu münaqişə tez bir zamanda dayansın” – deyə, Tramp qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice