49
BAKI, AzerVoice
Rusiyanın Ukraynaya hücumları Baydenin günahıdır.
AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibənin başlanmasının əsas günahkarı olaraq keçmiş prezident Co Baydeni göstərib.
“Əgər mən prezident olsaydım, bu ölkə müharibənin başlamasına heç vaxt icazə verməzdi”- deyə Tramp bildirib.
O, bu müharibə nəticəsində hazırda həyatda olmalı olan milyonlarla insanın həyatını itirdiyini vurğulayıb.
İranla danışıqlara dair sualı cavablandıran Tramp, müxtəlif şəxslərlə görüşlər keçirdiyini və İranla bağlı yaxın zamanda qərar alacaqlarını söyləyib.