Bakı, AzerVoice
İsrail piyada briqadasındakı 20-yə yaxın əsgərin Qəzzada gedən döyüşlərə qatılmaq istəmədikləri bildirilib.
AzerVoice xəbər verir ki, 10-a yaxın əsgərə Qəzza zolağına qayıtmağa razılıq vermədikləri təqdirdə mühakimə olunacaqları bildirilib.
Bəzi ailələr oğullarını Qəzzada quru əməliyyatında iştirak etməyə qoymadıqları təqdirdə həbs ediləcəkləri ilə hədələniblər.
Həmçinin, Qəzza zolağında döyüşən digər batalyonlarda da oxşar narazılıqlar olduğu bildirilib.
Məsələyə münasibət bildirən ordu sözcüsü iddiaların yalan olduğunu və əsgərlərə qarşı heç bir cinayət cəzası, o cümlədən həbs cəzası tətbiq edilməyəcəyini deyib.