Bakı,AzerVoice:
Çinin Sıçuan əyalətində 5,0 bal gücündə zəlzələ olub.
AzerVoice xəbər verir ki, bu barədə Çinin Seysmoloji Şəbəkələr Mərkəzi məlumat yayıb.
Zəlzələ Lianqşan qraflığının Muli qraflığında baş verib, episentri 8 km dərinlikdə olub.
Qeyd edək ki, mayın 23-də Çində ardıcıl beş zəlzələ qeydə alınıb .