Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Ümummilli Lider Heydər Əliyevin anım günündə Azərbaycanın Çindəki Səfirliyi xeyriyyə tədbiri keçirib

    12 Dekabr 2025 10:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    12 dekabr 2025-ci ildə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində anım mərasimi keçirilmişdir. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Səfirlikdəki büstü önünə əklil qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.

    AzerVoice xəbər verir ki, səfir Bünyad Hüseynov həyatını qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin həyat yolu, Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində əvəzsiz xidmətləri barədə danışıb. Heydər Əliyevin tarixə müdrik rəhbər, böyük strateq və qlobal düşüncəli siyasi Lider kimi düşdüyünü deyib. Heydər Əliyevin Azərbaycan xalqını və dövlətini tarixin ağır və sərt sınaqlarından çıxardığını, işıqlı gələcəyin etibarlı bünövrəsini yaratdığını vurğulayıb.

    Səfir bildirib ki, Ulu Öndər Azərbaycan-Çin münasibətlərinin inkişafına xüsusi diqqət yetirib. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın Çində səfirliyi təsis edilib, 7-10 mart 1994-cü ildə Çinə rəsmi səfəri isə iki ölkə əlaqələrində xüsusi əhəmiyyətə malikdir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin yürütdüyü praqmatik və uzaqgörən siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunmaqla yanaşı, ölkəmiz regionun sürətlə inkişaf edən dövlətinə çevrilib. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında münasibətlər isə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

    Daha sonra Səfirliyin əməkdaşları Ulu Öndərin öz fəaliyyətində daim humanizm prinsiplərini əsas tutmasına istinad edərək, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial reabilitasiya və adaptasiya xidmətləri göstərən, onların cəmiyyətə inteqrasiyasına dəstək verən "Pekin Uşaq Rifah İnstitutu"nu ziyarət ediblər.

    Səfir Bünyad Hüseynov müəssisənin əməkdaşları ilə söhbətində bildirb ki, Azərbaycan xalqı mərhəməti və humanistliyi ilə tanınır. Ümummilli Lider Heydər Əliyev də fəaliyyətinin bütün dövrlərində mərhəməti, humanizmi və mənəvi dəyərləri hər şeydən uca tutub. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu da bu gün öz fəaliyyətini məhz Ümummilli Liderin sadiq olduğu humanizm prinsipləri əsasında qurub. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva genişmiqyaslı sosial və humanitar layihələr həyata keçirir və xeyriyyə tədbirləri təşkil edir. Bayram və əlamətdar günlərdə sağlamlıq imkanları məhdud olan uşaqlarla görüşür, onlar üçün maraqlı - mədəni proqramlar təşkil edir. Heydər Əliyev Fondunun bu tədbirləri cəmiyyətdə humanizmin daha geniş vüsət almasına, insanlarda mərhəmət hissinin aşılanmasına xidmət edir.

    “Pekin Uşaq Rifah İnstitutu”nun rəhbəri Səfirliyin xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək bildirdi ki, mərhəmət dolu belə təşəbbüsə görə Azərbaycan xalqına və Azərbaycan Səfirliyinə minnətdarıq. Mərhəmət sərhəd tanımır, dağları və çayları aşaraq buradakı uşaqlar üçün Azərbaycandan istilik gətirməyiniz insanda söz ilə ifadə olunmayan hisslər yaradır. Heydər Əliyev kimi dahi şəxsiyyətin adına göstərilən mehribanlıq müəssisəmizin sakinlərini sevindirir və onların özünə inam hissini artırır.

    Sonda müəssisədə müalicə alan uşaqların istifadəsi üçün zəruri olan gündəlik təlabat məhsulları təqdim edilib.

    Ümummilli Lider Heydər Əliyevin anım günündə Azərbaycanın Çindəki Səfirliyi xeyriyyə tədbiri keçirib
    Ümummilli Lider Heydər Əliyevin anım günündə Azərbaycanın Çindəki Səfirliyi xeyriyyə tədbiri keçirib
    Ümummilli Lider Heydər Əliyevin anım günündə Azərbaycanın Çindəki Səfirliyi xeyriyyə tədbiri keçirib
    Ümummilli Lider Heydər Əliyevin anım günündə Azərbaycanın Çindəki Səfirliyi xeyriyyə tədbiri keçirib
    Ümummilli Lider Heydər Əliyevin anım günündə Azərbaycanın Çindəki Səfirliyi xeyriyyə tədbiri keçirib
    Ümummilli Lider Heydər Əliyevin anım günündə Azərbaycanın Çindəki Səfirliyi xeyriyyə tədbiri keçirib
    Ümummilli Lider Heydər Əliyevin anım günündə Azərbaycanın Çindəki Səfirliyi xeyriyyə tədbiri keçirib
    Ümummilli Lider Heydər Əliyevin anım günündə Azərbaycanın Çindəki Səfirliyi xeyriyyə tədbiri keçirib
    #Azərbaycan #Çin #Ümummilli Lider Heydər Əliyev #Heydər Əliyev #Pekin #12 Dekabr - Ulu Öndər Heydər Əliyevin anım günü #Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ARDNF və Ərəb Enerji Fondu “CVC DIF” ilə tərəfdaşlıq çərçivəsində “PAL Cooling Holding”ə sərmayə yatırıb

    28 Yanvar 2026 15:47

    Qlobal Əmək Bazarı Konfransında ölkəmizdə həyata keçirilən aktiv məşğulluq proqramlarına dair məlumat verilib

    28 Yanvar 2026 15:32

    Energetika naziri WPC Energy rəhbərliyi ilə görüşüb

    28 Yanvar 2026 15:26

    Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru ilə görüş keçirilib

    28 Yanvar 2026 15:05

    Ötən il dövlət büdcəsinin gəlirləri 5%-dən çox icra edilib

    28 Yanvar 2026 15:03

    Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib

    27 Yanvar 2026 17:36

    2025-ci ildə 2813 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub

    27 Yanvar 2026 17:30

    Süni intellekt ixtisaslarına tələbat artacaq - Dövlət Məşğulluq Agentliyi

    27 Yanvar 2026 17:07

    Paytaxtda yeni parklanma yerləri təşkil edilib

    27 Yanvar 2026 14:09

    Dövlət Məşğulluq Agentliyi 2026-cı il üçün hədəflərini açıqlayıb

    27 Yanvar 2026 13:43

    Fransada 15 yaşdan aşağı şəxslərə sosial media qadağan olundu

    27 Yanvar 2026 13:26

    Azərbaycanın vakansiya bankında 60 mindən çox yer var

    27 Yanvar 2026 13:19
    Demo
    XƏBƏR LENTİ

    Tramp SDQ-yə qarşı Şəraanı dəstəklədiyini bildirib

    Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək

    Azərbaycanda tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzalar sərtləşdirilib

    Azərbaycan və Gürcüstan Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş təsdiqlənib

    HƏMAS Qəzza idarəçiliyini fələstinli texnokratlar komitəsinə təhvil verməyə hazır olduğunu bildirib

    Avropada Donald Trampın psixi durumu ilə bağlı narahatlıqlar artır

    Azərbaycanla sülh sazişinin yaxın aylarda imzalanacağına ümid edirik - Mirzoyan

    MİT İranın casus şəbəkəsini zərərsizləşdirib

    Kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

    Türkmənistan–Türkiyə Hökumətlərarası Komissiyasının 9-cu iclası Aşqabadda keçiriləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.