Bakı, AzerVoice
Moldovada prezident seçkilərində səsvermə başa çatıb.
AzerVoice-un Moldova Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən verdiyi məlumata görə, Aİ-yə üzvlüklə bağlı referendumla eyni vaxtda keçirilən prezident seçkilərində ölkə üzrə seçki məntəqələri saat 21:00-da bağlanıb.
Bəzi Qərb ölkələrində, yerli vaxta əsasən, səsvermə hələ davam edir.
Seçkilər yüksək seçici fəallığı ilə keçirilib. Saat 21:00-a olan məlumata görə, seçici fəallığı 51,3% təşkil edib (1,544 milyon seçici) və səsvermənin etibarlı sayılması üçün tələb olunan 33,3%-lik həddi keçib. Hələlik MSK və müşahidəçilər seçkinin nəticələrinə təsir edə biləcək ciddi qanun pozuntuları barədə məlumat verməyiblər, lakin şikayətlər hələ də araşdırılma mərhələsindədir.
Prezidentlik uğrunda 11 namizəd mübarizə aparır. Rəy sorğuları hazırkı prezident Maia Sandu-nu əsas favorit kimi göstərir, bu zaman Kişinyov və Moskva arasındakı münasibətlər ən gərgin dövrdədir. Onun əsas rəqibi isə keçmiş baş prokuror Aleksandr Stoyanoqlodur, o, Sandunun siyasətini Moldovanın maraqlarına zidd sayır və Rusiya ilə əlaqələrin bərpasını dəstəkləyir.
Mərkəzi Seçki Komissiyası adətən səsvermənin başa çatmasından bir neçə saat sonra ilkin nəticələri elan edir. Prezident seçkilərinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əgər bu baş verməsə, iki həftə sonra iki namizəd arasında ikinci tur keçiriləcək.