Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəy

    Türkiyə Yaxın Şərqdə sülhün bərqərar olması üçün ciddi addımlar atır – Rufiz Hafizoğlu

    20 Dekabr 2023 10:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerPress:

    Türkiyə Yaxın Şərqdə sülhün bərqərar olması üçün ciddi addımlar atır.

     AzerPress xəbər verir ki, bu sözləri Trend BİA-nın direktor müavini, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu ARB 24-ə açıqlamasında deyib.

    “Türkiyənin bölgədə atəşkəsin əldə edilməsi istiqamətində atdığı addımlar əvəzsizdir. Lakin İsrail bu təzyiqlərin heç birini qəbul etmir. Hesab edirəm ki, Türkiyə münaqişənin həlli üçün mühüm rol oynasa da ön planda Qətər, ikinci planda isə Misirin olacağı gözlənilir”, – deyə o əlavə edib.

    Ekspertin sözlərinə görə, bu gün Amerika Birləşmiş Ştatları Qəzzada baş verən hadisələrlə bağlı İsrailə dəstək olsa da, əslində, Co Bayden administrasiyası ilə Benyamin Netanyahu hökuməti arasında ciddi anlaşılmazlıq var.

    “ABŞ-ın istəyi Qəzzadakı münaqişənin 2024-cü ilə qədər bitməsi idi. Lakin İsrail hökuməti bu çağırışlara məhəl qoymur. İsrail bu gün Qəzzada baş verən hadisələri  uğurlu əməliyyat adlandırsa da, müharibə İsrail ordusu üçün heç də asan başa gəlmir. İsrailə olan beynəlxalq təzyiq hər gün daha da artacaq”, – deyə R.Hafizoğlu vurğulayıb.

    Siyasi şərhçi onu da bildirib ki, Fransanın münaqişəni həll etmək kimi heç bir tarixi təcrübəsi yoxdur.

    “Əksinə, Fransa hər zaman münaqişənin bir tərəfi olub. Özünü erməni parlamentariyası kimi aparan Emmanuel Makronun sayəsində Fransa bu təcrübəni heç vaxt əldə edə bilməyəcək. Bu gün Fransa Qəzza məsələsində bitərəf qalır, lakin məhz susqunluq Qəzza probleminin faciə ilə sonlanmasına gətirib çıxarır”, – deyə o qeyd edib.

    Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

    İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 19 min 667-yə çatıb.

    X: Lamanasadli01

    Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

    #Türkiyə #Qəzza #İsrail #Benyamin Netanyahu #Fələstin #ABŞ #Fransa #Rufiz Hafizoğlu #Co Bayden #Emmanuel Makron
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    15 Fevral 2026 14:00

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    14 Fevral 2026 16:40

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    14 Fevral 2026 10:49

    Fransa bazarında Türkiyə tekstilinə tələbat zəifləyib (ÖZƏL)

    14 Fevral 2026 10:00

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi

    13 Fevral 2026 15:38

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43
    XƏBƏR LENTİ

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    Mifologiyadan rəqəmsal dünyaya uzanan satanizm simvolu

    Misirdən Türkiyəyə 1 milyondan çox ton yük daşınıb (ÖZƏL)

    FHN-də WUF13-lə bağlı hazırlıq toplantısı keçirildi

    İslamda ruhun mahiyyəti: Quran və hədislər işığında sirlər

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Almaniyaya səfərindən görüntülər paylaşılıb

    Prezident İlham Əliyev: Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur

    Prezident İlham Əliyev Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərlə bağlı paylaşım edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.