9
Bakı. AzerVoice
Rusiya ilə Azərbaycan arasında olan dostluq münasibətləri son dərəcə vacibdir və ona xələl gətirməyə çalışanlar nə etdiklərini yaxşıca düşünməlidirlər.
AzerVoice rus KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyanın XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Bu məsələdə “əllərini isitmək" istəyənlər çoxdur, elə etsinlər əlləri yanmasın. Çünki məncə, bizim üçün, iki xalq üçün dostluq münasibətləri həqiqətən də son dərəcə vacibdir.
Bu münasibətləri pozmaq istəyənlər isə nə etdiklərini yaxşıca düşünüb-daşınmalıdırlar",- deyə Zaxarova bildirib.