Əsas səhifə » Qəzzaya hücumların davam etdirilməsi münaqişəni genişləndirəcək

Qəzzaya hücumların davam etdirilməsi münaqişəni genişləndirəcək

Bakı,AzerVoice

Ramazan ayında İsrailin Qəzzaya hücumlarını davam etdirməsi qarşıdurmaların artmasına səbəb olacaq.AzerVoice xəbər verir ki, bunu İordaniya kralı II Abdullah paytaxt Əmmanda Əl-Hüseyniyyə sarayında Fələstin prezidenti Mahmud Abbasla görüşü zamanı deyib.

Qəzzada təcili olaraq atəşkəs elan edilməsi və mülki əhalinin müdafiəsi üçün maksimum səy göstərilməli olduğuna diqqət çəkən Kral, İordaniyanın Qəzza xalqına humanitar, tibbi və ərzaq yardımlarını davam etdirəcəyini bildirib.

İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi köçkünlərin hərəkətləri və basqınları səbəbindən artan gərginliyə toxunan II Abdullah İordan çayının qərb sahili ilə Qəzzanı ayırmaq cəhdlərinə qarşı olduqlarını bir daha vurğulayıb.

Görüş zamanı Fələstin prezidenti Abbas II Abdullahı İordan çayının qərb sahilində və Qüdsdə baş verənlər barədə məlumatlandırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice