Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Səudiyyə Ərəbistanı–BƏƏ münasibətləri regionun sabitliyi üçün həyati əhəmiyyət daşıyır - Faysal bin Fərhan

    26 Yanvar 2026 19:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan ölkəsinin Birləşmiş Ərəb Əmirliyi ilə münasibətlərinin regional təhlükəsizlik baxımından strateji əhəmiyyətini vurğulayıb.

    AzerVoice xəbər verir ki, nazir bildirib ki, Riyad və Əbu-Dabi arasındakı əməkdaşlıq Yaxın Şərqdə sabitliyin qorunmasında əsas dayaqlardan biridir.

    Faysal bin Fərhan bəyanatında Yəmən məsələsi ilə bağlı iki ölkə arasında müəyyən baxış fərqlərinin mövcud olduğunu da etiraf edib. Bununla belə, o, bu fərqliliklərin ümumi strateji tərəfdaşlığa xələl gətirmədiyini və dialoq yolu ilə müzakirə edildiyini qeyd edib.

    Səudiyyə Ərəbistanının xarici işlər naziri Polşaya rəsmi səfəri çərçivəsində Varşavada polşalı həmkarı Radoslav Sikorski ilə birgə mətbuat konfransı keçirib. Görüş zamanı tərəflər ikitərəfli əlaqələrin dərinləşdirilməsinə sadiqliklərini ifadə ediblər.

    Konfrans çərçivəsində Səudiyyə Ərəbistanı ilə Polşa arasında Birgə Koordinasiya Şurasının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Nazir bildirib ki, bu mexanizm siyasi dialoqun gücləndirilməsi, iqtisadi və institusional əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma olacaq.

    Faysal bin Fərhan iqtisadi göstəricilərə də toxunaraq qeyd edib ki, Səudiyyə Ərəbistanı ilə Polşa arasında ticarət dövriyyəsinin həcmi 8 milyard dollara yüksəlib. Onun sözlərinə görə, bu rəqəm iki ölkə arasında iqtisadi tərəfdaşlığın sabit və davamlı xarakter daşıdığını nümayiş etdirir.

    Nazir əlavə edib ki, enerji, logistika, sənaye və investisiya sahələrində yeni layihələr gündəmdədir və qarşıdakı dövrdə əməkdaşlığın daha da genişlənməsi gözlənilir.

    #Faysal bin Fərhan: Səudiyyə–BƏƏ münasibətləri regional sabitliyin açarıdır #Səudiyyə Ərəbistanı BƏƏ ilə strateji tərəfdaşlığı vurğuladı #Riyad–Əbu-Dabi xətti Yaxın Şərqdə təhlükəsizlik üçün həlledicidir #Faysal bin Fərhan Varşavada Polşa ilə əməkdaşlığı müzakirə etdi #Səudiyyə–Polşa ticarət dövriyyəsi 8 milyard dollara çatdı #Səudiyyə diplomatiyası Avropada yeni iqtisadi mexanizm qurur #Faysal bin Fərhan: Suudi Arabistan–BAE ilişkileri bölgesel istikrar için kritik #Riyad ile Abu Dabi arasındaki iş birliği güvenliğin temelidir #Suudi Arabistan ve Polonya arasında koordinasyon konseyi kuruluyor #Suudi–Polonya ticaret hacmi 8 milyar dolara ulaştı #Faysal bin Fərhan Varşova’da önemli mesajlar verdi #Körfez iş birliği Orta Doğu’nun dengesi için hayati
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

    12 Fevral 2026 09:24

    Tramp və Netanyahu Ağ Evdə bir araya gəldi: Masada İran və Qəzza var

    11 Fevral 2026 22:17

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Səudiyyə Ərəbistanı və Suriya XİN rəhbərləri Suriyanın təhlükəsizliyi və iqtisadiyyatını müzakirə ediblər

    10 Fevral 2026 12:52

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Britaniya şəhzadəsi Səudiyyə Ərəbistanına səfər edib

    9 Fevral 2026 23:13

    "Əl-Camaa əl-İslamiyyə" partiyası rəhbəri İsrail xüsusi təyyinatlıları tərəfindən qaçırılıb

    9 Fevral 2026 22:32

    İsraildə fələstinli məhbuslar üçün edam hazırlığı: Xüsusi kameralar tikilir

    9 Fevral 2026 15:55

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Küveyt Livanın səkkiz xəstəxanasını terror siyahısına salıb

    9 Fevral 2026 10:14
    XƏBƏR LENTİ

    Suriyadakı inkişafları yaxından izləyirik - Türkiyə MN

    DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı (VİDEO)

    Türkiyənin Qazaxıstana kimyəvi maddə ixracı yanvar ayında 14,8 faiz azalıb (ÖZƏL)

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə məktub ünvanlayıb

    BP-Azerbaijan hesabat yaydı: Şahdənizdə qaz hasilatı 3,6 faiz azalıb

    İslam dünyası nəqliyyatla strateji gücə çevrilə bilər - Ərdoğan

    Lökbatan sakinlərinə müjdə: 206 nömrəli marşrut üzrə müasir avtobuslar xəttə buraxıldı

    DSMF-nin gəlirləri yanvarda 755 milyon manata çatdı: Proqnoz 26 faiz üstələndi

    Ağalı sakinlərinin nəzərinə: Əkin üçün torpaq müraciətlərinin qəbuluna başlanılır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.